Koronavirusun ikinci dalğası nə zaman başlayacaq?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mütəxəssislərin proqnozlarına görə, ikinci koronavirus dalğası sentyabr ayında başlaya bilər.
Milli.Az xəbər verir ki, bu, payızda ənənəvi olaraq yoluxucu və tənəffüs xəstəliklərinin artması ilə bağlıdır. Rusiyalı epidemioloq Aleksandr Pesterev qeyd edib ki, mövsümi amillə əlaqədar olaraq qrip və koronavirus xəstələrinin sayı artacağı üçün ağırlaşmaların baş verməsi gözləniləndir.
"Rusiyada pandemiyanın Avropa və ya ABŞ-la eyni olacağını iddia edə bilmərəm. Hər bir ölkədə COVID-19-un inkişaf mənzərəsi fərqlidir. Əvvəla, bölgələrdə əhali sıxlığı, məşğulluq xüsusiyyəti və insanların immunitet vəziyyətində müxtəliflik müşahidə olunur", - Pesterev bildirib.
Tibb elmləri doktoru, Meçnikov adına Peyvənd və Profilaktika İnstitutunun laboratoriya müdiri Mixail Kostinov inanır ki, istənilən halda payızda ikinci dalğanın baş verməsi gözlənilir.
"Payızda tənəffüs yoluxucu xəstəliklərin tezliyi daim artır, bunun ikinci dalğa olacağını deyə bilərik. Eyni zamanda vəziyyət əhəmiyyətli dərəcədə dəyişdiyindən baharda artıq gördüyümüz zirvə təkrarlanmayacaq. Bəzi təxminlərə görə, əhalinin 20-35%-i artıq xəstələnib, antikorları var, insanlar özlərini qorumağı öyrənib. Odur ki, baharda olduğu kimi ölkə daxilində məktəb və ya institutların kütləvi şəkildə bağlanmayacağını düşünürəm. Belə bir məqam var: xəstəlik sayında lider yeri mövsümi qrip tuta bilər. Bu səbəbdən bu il qripin qarşısının alınması gücləndirilməlidir, peyvənd vurdura bilərsiniz", - mütəxəssis bildirib.
İnfeksion xəstəliklər üzrə mütəxəssis, professor Nikolay Malişev isə qeyd edib ki, yoluxma statistikasına əsasən uzun müddətdir göstəricilər eyni səviyyədədir:
"Xəstəliklə bağlı statistikaya baxsanız, uzun müddət eyni səviyyədə qalıb. Yoluxma sayı təxminən eynidir, yerli alovlanmalar var, amma artıq deyil. İndi maddi mənada virusla mübarizə aparmağa daha çox hazırıq - hər yerdə reanimasiya şöbələri əla vəziyyətdədir, çoxlu ventilyasiya cihazı, dərmanlar var. Ən əsası həkimlər təcrübə toplayıb, əlbəttə ki, immuniteti olan insanların müəyyən təbəqəsi artıq formalaşıb". (publika.az)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Gəlin toyda suyun içindən keçdi - (Video)
-
ABŞ və husilər Omanda gizli görüş keçirdi - Detallar
-
Türkiyəli iş adamının olduğu təyyarə dağa çırpıldı
XƏBƏR LENTİ
-
Yatanda işığı açıq saxlamaq ürəyə ziyandır
-
Bu aylarda doğulanların taleyi dəyişəcək
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
-
“Messinin transferi üçün 500 milyon təklif etmişdim” - Massimo Moratti





