2 milyondan çox insanı boğaraq öldürən canilər haqqında QORXUNC FAKTLAR - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Demək olar ki, hamı "Əli Baba və qırx quldur" filmini izləyib. Həmin filmdə 40 quldur insanları qarət edir və onların hamısı bir mağarada yaşayırlar. Aşağıdakı hadisənin "qəhrəmanlarının" da hərəkətləri filmdəki obrazların etdikləri ilə oxşardır. Lakin onların sayı 40-dan çox, əməlləri isə film ssenarisi deyil, həqiqətdir.
Milli.Az musavat.com-a istinadən Hindistanda 480 il hökm sürən "Thuggee" təriqəti haqqında məlumatı təqdim edir:
"Thuggee" quldurları 1350-ci illərdən 1830-cu illərədək olan uzun bir dövr ərzində Hindistanda insanları öldürüb, onların mallarını oğurlayıblar.

Tez-tez karvanları hədəfə alan təriqət üzvləri öncə karvana sərnişin kimi soxulur və oradakıların etibarını qazanırdılar. Daha sonra isə ilk fürsətdə karvanı dayandırıb, qurbanlarını öldürürdülər.
"Thuggee" qəbiləsinin üzvləri qurbanlarını öldürmək üçün bellərinə taxdıqları kəmərlərdən istifadə edirdilər. Qurbanı kəmər ilə boğan qəbilə üzvləri karvanları soyduqdan sonra cəsədləri gizlədərək, yeni qurbanlar axtaramağa çıxırdılar.

"Thuggee" üzvləri keçmiş tarixlərinin müsəlman qəbilələrinə söykəndiyini iddia edirdilər. Ancaq sonradan onların arasına bir çox hindli qatılıb.
Bu səbəbdən onlar zamanla Tanrıça Kalinin (Hinduizmdə Qaranlıq Ana Tanriçası) davamçıları olduqlarını elan etmişdilər.
"Thuggee" quldurları gizli bir məzhəb şəklində kiçik tədbirlər də təşkil edirdilər. Bu cür tədbirlərə qatıla bilmək üçün ya "Thuggee"nin üzvü olmalı, ya uşaq vaxtı qaçırılmalı, ya da təriqətə layiq olduğunu isbat etməli idin. Yalnız bu şərtlər daxilində tədbirlərdə iştirak mümkün idi. Təriqət üzvlərinin uşaqları hələ kiçik yaşlarından palçıqdan hazırlanmış insan fiqurları üzərində qətl törətməyi öyrənirdilər. Bir növ atadan oğula ötürülən bu üsulla onlar illər boyunca yüz minlərlə insanı qətl etdilər.

Fəaliyyətləri boyunca 2 milyondan çox insanı öldürdükləri düşünülən təriqət, İngilislər tərəfindən məhv edildi. "Thuggee " təşkilatının ən təhlükəli lideri olan Behram edam edildiyi zaman törətdiyi 931 cinayətə görə məhkum edilmişdi.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Beş bürc uğur və sərvət qazanacaq
-
Sinqapur kitab oxuyanlara pul verəcək
-
Süni intellektlə hazırlanan dərman qocalmanı ləngitdi
-
Yatanda işığı açıq saxlamaq ürəyə ziyandır
-
Bu aylarda doğulanların taleyi dəyişəcək
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi





