Dünya

BMT TŞ-da İrana qarşı silah embarqosunun müddəti uzadılmayıb

15 Avqust 2020 07:45
Baxış: 822
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın İrana qarşı silah embarqosunu uzadılması üzrə qətnaməsi BMT Təhlükəsizlik Şurasında lazımi sayda səs toplaya bilməyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İndoneziyanın BMT yanında daimi nümayəndəsi Dian Trianşax Cani deyib.

Daimi nümayəndə bildirib: "İki ölkə qətnamənin lehinə, iki ölkə də əleyhinə səs verib, daha 11 ölkə səsindən istifadə etməyib. Beləliklə, sənəd qəbul edilməyib".

Bildirilir ki, qətnamənin lehinə ABŞ və Dominikan Respublikası, əleyhinə Rusiya və Çin səs veriblər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.