Ölkə

Bakı metrosunda əlavə ödəniş üsulları tətbiq edilə bilər

12 Sentyabr 2025 13:03
Baxış: 808
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakı metropolitenində gediş haqqının ödəniş üsullarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

Milli.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədrinin müşaviri Emil Əhmədov deyib.

O qeyd edib ki, gediş haqqının ödənilməsində biometrik (üztanıma) sistemin metro nəqliyyatında tətbiqi gələcəkdə mümkün hesab olunur:

"Lakin hazırda bu məsələnin aktuallığı yalnız gələcək planların, texniki həllərin müzakirələri, habelə bu texnologiyaların ölkəmizdə genişlənməsinin və dünya təcrübəsinin diqqət mərkəzində saxlanılması və öyrənilməsi çərçivəsində mövcuddur.
Hazırda Bakı metropolitenində plastik kartlar və QR bilet sistemi ilə ödənişlər aparılır. Bununla yanaşı, ödəniş sistemində də rəqəmsal həllərin genişləndirilməsi günün zəruri tələbinə çevrilib. Təmassız ödəniş üsullarının tətbiqi məqsədilə aidiyyəti qurumlarla intensiv işlər davam etdirilir. Hədəf bank kartları, "Google Pay" və "Apple Pay" kimi ödəmə imkanlarının yaradılmasıdır. Mövcud ödəniş üsullarına yenilərinin əlavə edilməsi metropoliten sərnişinlərinə daha geniş imkanlar yaratmaqla bu sahədə onların rahatlığına və məmnunluğuna müsbət təsir göstərəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.