Dünya

Pezeşkian üzr istədi

12 Sentyabr 2025 13:02
Baxış: 692
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Dünən Ərdəbil əyalətinə səfər edən İran Prezidenti Pezeşkian İran xalqından rəsmən üzr istəyib.

Milli.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

O, ölkədə elektrik enerjisinin verilməsindəki fasilələr və qaz təchizatındakı kəsintilərlə bağlı vəziyyəti çətinliklərlə dolu bir dövr kimi dəyərləndirib:

"Təəssüf ki, biz hakimiyyətə gələndə artıq problemlər yığılmışdı. Bəzən bir sistemi aşırmaq üçün son bir damcı kifayət edir. Biz o mərhələyə çatmışıq".

Ölkədəki problemlərin həll ediləcəyinə ümidvar olduğunu vurğulayan hökumət başçısı hökumətin məqsədinin vətəndaşlara problem yaratmaq deyil, əksinə, onların həyat şəraitini yaxşılaşdırmaq olduğunu bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.