Dünya

Donald Trampın seçki qərargahı Nevada ştat rəhbərliyini məhkəməyə verib

5 Avqust 2020 22:24
Baxış: 793
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Donald Trampın seçki qərargahı noyabr ayında keçiriləcək prezident seçkilərində poçtla səsverməyə icazə vermiş Nevada ştatının rəhbərliyini məhkəməyə verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, D.Tramp poçtla səsvermə zamanı saxtalaşdırmanın ola biləcəyi barədə narahatlığını dəfələrlə ifadə edib.

ABŞ Prezindeti, həmçinin poçtla verilən səslərin sayılması üçün çox illər tələb oluna biləcəyini deyib.

Bir neçə gün əvvəl Nevada ştatının qanunverici orqanı poçtla səsvermə haqqında qanun layihəsini qəbul edib. Ştat qubernatoru Stiv Sosolak layihəni imzalayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.