Dünya

Son gündə Qırğızıstanda koronavirusdan 11 nəfər ölüb

5 Avqust 2020 20:10
Baxış: 341

Son gündə Qırğızıstanda COVID-19 koronavirusuna 569 nəfər yoluxub, Bişkekdə 190 xəstə qeydə alınıb. Ölkədə yoluxanların sayı 38 min 110 nəfərə çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu haqda Qırğızıstan Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi Aynura Akmatova Bişkekdə keçirdiyi brifinqdə məlumat verib. O deyib ki, son sutkada virusdan 11, ümumiyyətlə pandemiya dövründə isə 1438 xəstə vəfat edib.

Son sutkada virusa 20, ümumiyyətlə isə 2 min 874 tibb işçisi yoluxub.

Xəstəxanalarda 7 min 170 pasiyentin olduğu bildirilir.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.