Dünya

Polşanın 5 əyaləti təhlükədə

3 Avqust 2020 18:56
Baxış: 833
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avqustun 3-ü gecə saatlarından başlayan güclü leysan və külək Polşanın beş əyalətini təhlükə altında qoyub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Polşanın Meteorologiya və Su Resursları üzrə İnstitutu səhər saatlarında birinci dərəcəli xəbərdarlıq edib. Əhaliyə evdən çıxmamaq və avtomobildən istifadə etməmək tövsiyə olunub. Bəzi yerlərdə leysan nəticəsində düşəcək yağışın miqdarının 40 millimetrə çatacağı gözlənildiyi üçün sel təhlükəsi realdır. Küləyin sürəti isə saatda 65 kilometr olacaq.

Xəbərdarlıq ilkin mərhələdə günün sonunadək qüvvədədir. Xüsusilə çay kənarlarındakı ərazilərin əhalisinə diqqətli olmaq, təhlükə anında operativ müraciət etmək tapşırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.