Pandemiya dövrünün tullantıları - maska, əlcək və qablaşdırma materialları
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çimərliklərin və küçələrin çoxu birdəfəlik maska, əlcək və dezinfeksiyaedici vasitələrin boş flakonları ilə doludur. Zibil qutuları cürbəcür qablaşdırma materiallarının çoxluğundan aşıb-daşır. Bu tullantılar pandemiyanın qaçılmaz nəticələrindən biridir. Lakin BMT-də hesab edirlər ki, ticarət sahəsində aparılan səmərəli siyasət bu tullantıları əhəmiyyətli dərəcədə azalda bilər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) himayəsi ilə aparılan yeni araşdırmaya əsasən, koronavirusa qarşı mübarizə tədbirləri, o cümlədən hərəkətin məhdudlaşdırılması tədbirləri istixana qazlarının atmosferə atılmasının kəskin azalmasına gətirib çıxarıb. Bununla belə həmin tədbirlər ətraf mühit üçün təhlükəli tullantı qalaqları yaradırlar.
"Plastik tullantılarla çirklənmə hələ koronavirus pandemiyasından əvvəl planetimiz üçün ən böyük təhlkükə mənbələrindən biri idi. İnsanları təhlükədən qorumaq və koronavirusun yayılmasının qarşını almaq üçün hazırlanmış məmulatlara gündəlik tələbatın artması onsuz da təhlükəli olan vəziyyəti daha da gərginləşdirib", - deyə UNCTAD-ın beynəlxalq ticarət üzrə direktoru Pamela Kok-Hamilton bəyan edib.
"Grand View Research" konsaltinq şirkətinin məlumatına görə, təkcə birdəfəlik maskaların satış həcmi 2019-cu ildəki 800 milyon dollardan 2020-ci ildə 166 milyard dollara qədər artacaq. Amma bu, pandemiyaya qarşı mübarizə çərçivəsində ətraf mühitə vurulan ziyanı heç də tam olaraq əks etdirmir.
Sosial məsafən saxlamaq zərurəti insanların evə daha çox ərzaq və müxtəlif təlabat malları sifariş etməsinə səbəb olur. Bu isə qablaşdırma materiallarının, o cümlədən plastik materialların çoxalmasına gətirib çıxarır. Məsələn, "The Los Angeles Times" qəzetinin sorğusuna görə, COVID-19 ilə əlaqədar Sinqapur hökumətinin tətbiq etdiyi səkkiz həftəlik məhdudiyyətlər zamanı bu adanın 5,7 milyonluq əhalisi əvvəlki dövrlə müqayisədə 1470 tondan çox qablaşdırıcı material işlədib.
Mütəxəssislər ehtiyat edirlər ki, koronavirusla mübarizə nəticəsində yaranan plastik tullantıların təxminən 75 faizi, çox güman ki, zibilxanalara yığılacaq, dənizlərə atılacaq. Təbii ki, bütün bunların nəticələri bəşəriyyətə hər baxımdan baha başa gələcək. Məsələn, balıqçılıq, turizm və dəniz nəqliyyatında illik iqtisadi itkilərin təqribən 40 milyard dollar təşkil edəcəyi proqnozlaşdırılır.
Plastik kütlə beynəlxalq bazarda satılan çoxsaylı malların tərkibinə daxildir: avtomobillərdən tutmuş oyuncaqlara və məişət texnikasına qədər. Hətta almalar və ya şokolad batonları belə plastik qablara yığılır və nəticədə bu kimi qablaşdırıcı materialların illik həcmi milyonlarla ton təşkil edir.
"Plastik qabların istehsalı və onlardan istifadə olunması daha çox ticarətlə bağlı olan qlobal problemdir", - deyə Kok-Hamilton bildirib. Onun sözlərinə görə, bu problemi müxtəlif mexanizmlər, o cümlədən effektiv beynəlxalq ticarət siyasəti vasitəsilə həll etmək mümkündür və lazımdır.
UNCTAD dayanıqlı inkişaf kontekstində plastik məmulatların ticarətinə dair tədqiqat materiallarını iyulun 3-də Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Ticarət və Ətraf Mühit Komitəsinə göndərib. Bu tədqiqat işində plastik məhsulların ticarəti ilə əlaqəli məhdudlaşdırıcı tədbirlər təklif edilir. Onların artıq çoxu bir sıra dövlətlər tərəfindən qəbul edilib.
"Ətraf mühitin plastik tullantılarla çirklənməsinə qarşı mübarizədə ölkələr ticarət siyasəti tədbirlərini bir-biri ilə razılaşdırmadan həyata keçirirlər. Bu isə onların səylərinin səmərəliliyini məhdudlaşdırır", - deyə Kok-Hamilton vurğulayıb. Onun sözlərinə görə, Ümumdünya Ticarət Təşkilatına üzv olan 164 ölkə birlikdə dünya iqtisadiyyatının plastik materiallarla bağlı problemlərinin daha səmərəli həllinə kömək edə biləcək çoxtərəfli ticarət qaydalarını işləyib hazırlaya bilər.
UNCTAD hökumətləri və biznes qurumlarını plastik materialların istehsalını və istehlakını tənzimləməyə çağırmaqla yanaşı, onları əvəzləyə biləcək üsullar axtarmağı tövsiyə edir.
Plastik kütləni əvəz edən, zəhərli olmayan, bioloji parçalana bilən və ya asanlıqla təkrar emal edilə bilən materialların siyahısına şüşə, keramika, təbii liflər, kağız, karton, düyü qabığı, təbii rezin və heyvan zülalları və s. daxildir. Bu isə sözügedən sahəni əhatə edən tam siyahı deyil.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Cinayət Məcəlləsinə yeni maddələr əlavə edildi - DTX araşdıracaq
-
“Ciddi xəstəliyim var, canımla əlləşirəm, dünəndən ağlayıram”
-
Hökumənin qardaşı Kəlbəcərdə işə başladı - VİDEO
-
İranla ABŞ arasında yenidən toqquşma baş verib
-
Nazir bu instituta direktor təyin etdi
-
Yaşıllıqlara 149 520 manat məbləğində ziyan dəyib
-
Şəhid xanımına leytenant rütbəsi verildi - FOTO
-
Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq
-
Direktor müavini vəfat etdi - FOTO
-
AQTA və şadlıq sarayı arasında gərginlik artır - Görüntülər yayıldı - VİDEO - FOTO -YENİLƏNİB
-
Növbəti torpaq hərracları keçiriləcək
-
Abşeron dairəvi yolunda stansiyaların sayı 40-a çatdırılacaq
-
Azərbaycanda ödəniş kartları ilə fırıldaqçılıq hallarının sayı ARTIB
-
Əli Əsədov iclas keçirdi
-
Gənc pianoçu Cəmil Sədizadə Beynəlxalq Muğam Mərkəzində çıxış edəcək
-
Leyla Mustafazadə vəfat ETDİ
-
Bu şəxslərə 2750 manat VERİLDİ - RƏSMİ
-
İmtahanda yüksək bal toplayanların SİYAHISI
-
Bu bölgələrdə qaz OLMAYACAQ - Xəbəriniz olsun
-
Röya izləyicilərini sevindirdi - VİDEO
-
Bu ərazilərə leysan yağır - FAKTİKİ HAVA
-
Azərbaycanda daha bir dövlət qurumunun bəzi avtomobilləri operativ nəqliyyat sayılacaq
-
"Bacım uşaqlarına gözəllik salonu ALMIŞAM"
-
Azərbaycanda terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşib





