Dünya

Dünyada koronavirusa yoluxanların sayı 200 mindən çox artıb

26 İyul 2020 21:23
Baxış: 1 374
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 200 mindən çox artıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyulun 26-sı saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 200 625 nəfər yeni koronavirusa yoluxub, 4 823 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 15 785 641, ölənlərin isə 640 016 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 8 385 810 yoluxma və 332 589 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 3 216 335, ölənlərin sayı isə 210 261 nəfərə çatıb.

Üçüncü yeri Cənub-Qərbi Asiya regionu tutur, burada ümumilikdə 1 732 248 yoluxma və 39 786 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.