Dünya

Gürcüstanda tamaşaçılar futbol oyunlarına buraxılacaqlar

21 İyul 2020 19:56
Baxış: 1 549
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanda hökuməti futbol üzrə çempionat oyunları zamanı tamaşaçıların stadionlara daxil olmasına icazə verib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Futbol Federasiyasının prezidenti Levan Kobiaşvili məlumat verib.

Eyni zamanda millət vəkili olan Kobiaşvili koronavirus pandemiyası səbəbindən boş tribunalar önündə baş tutan qarşılaşmalara artıq son qoyulduğunu söyləyib. Arenaya girişdə tamaşaçıların hərarətləri yoxlanılacaq və onlar təhlükəsizlik qaydalarına uyğun şəkildə stadiona buraxılacaq.

Qeyd edək ki, Gürcüstan çempionatında VI tur geridə qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.