Dünya

Finlandiya 20 Avropa ölkəsi sərhədlərini açır

13 İyul 2020 08:26
Baxış: 731
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 13-dən etibarən Finlandiya koronavirus pandemiyası səbəbindən təxminən 20 Avropa ölkəsinə tətbiq olunan səyahət məhdudiyyətlərini qaldırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, qeyd olunan tarixdən etibarən Finlandyadan məhdudiyyətsiz səyahət edə bilinəcək dövlətlər arasında Avstriya, Andorra, Belçika, Yunanıstan, İtaliya, Kipr, Slovakiya, İsveçrə və sairələri var. Məhdudiyyətləri qaldırmaq üçün əsas bu ölkələrdə mövcud müsbət epidemiya vəziyyətidir - əvvəlki iki həftə ərzində hər 100 min nəfərə səkkiz yeni koronavirus hadisəsi. Hər iki həftədə vəziyyət yenidən nəzərdən keçiriləcəkdir.

Bununla yanaşı, Böyük Britaniya, İspaniya, Polşa, Portuqaliya, Fransa, Çexiya, İsveç və bir sıra digər Avropa ölkələrindən Finlandiyaya giriş məhdudiyyətləri uzadılacaq. Bundan əlavə, Finlandiya ilə bir sıra ölkələr, o cümlədən Avstraliya, Əlcəzair, Gürcüstan, Ruanda, Tayland, Uruqvay, Yaponiya arasında yalnız iş və fövqəladə hallarla əlaqədar səfərlərə icazə veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.