Dünya

ABŞ-da atışma: 2 polis öldürüldü

12 İyul 2020 10:51
Baxış: 716
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Mak-Allen şəhərində (Texas ştatı) baş verən atışmada ən azı 2 polis əməkdaşı öldürülüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Associated Press" agentliyi şəhər polis idarəsinin rəisi Viktor Rodriqesa istinadən bildirib.

Məlumata əsasən, polis əməkdaşları iyulun 11-də günorta saatlarında müraciət üzrə yaşayış binalarından birinə gələndən sonra naməlum şəxs atəş açıb.

Onlar silah yaraları ilə şəhər xəstəxanalarından birinə çatdırılıb və orada öldülər. ABC telekanalının verdiyi məlumata görə, atəş açan şəxs digər polis naryadı gələnə kimi intihar edib. Hadisə üzrə araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.