Dünya

Dünyada 3-cü adam QİÇS-dən sağaldı

8 İyul 2020 16:14
0 Şərh     Baxış: 1 246
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya Tibb tarixində 3-cü adam HİV virusundan sağalıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, "Science" jurnalında yayımlanan məlumata görə, 36 yaşlı Braziliya sakini olan kişi ən dəhşətli xəstəlikdən xilas ola bilib. Məlumata görə, virusun yox olmasına səbəb ona verilən antiretrovirus dərmanlar və nikotinamidin (B3 vitamini) aqressiv birləşməsi nəticəsində mümkün ola bilər.

Müalicə kursus ötən ilin martında bitib. Bundan sonra xəstənin qanında İİV (QİÇS xəstəliyinə yol açabilən retorvirusdur) müəyyən edilməyib.
Məlumdur ki, bir sıra xəstələrdə mülaicə kursu bitəndən sonra virus yüklənməsi yenidən artmağa başlayır.
Hələlik adı açıqlanmayan şəxsin limfa düyünlərinin tam müayinəsi aparılmayıb. Bunun üçün də alimlər QİÇS virusundan tam sağalmağa zəmanət vermirlər.

Məlumata görə, bu yerə kimi adıçəkilən virusdan iki sağalma faktı bəllidir. ABŞ və Böyük Britaniyadan olan xəstələrə qan xərçəngi ilə mübarizə əməliyyatı zamanı sümük iliyi köçürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.