Dünya

Rusiya-Qazaxıstan sərhədində yüzlərlə Özbəkistan vətəndaşı toplanıb

4 İyul 2020 12:51
Baxış: 1 348
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya-Qazaxıstan sərhədində bir neçə sərhəd-keçid məntəqəsində yüzlərlə Özbəkistan vətəndaşı toplanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin operativ qərargahı bildirib.

Qeyd olunur ki, onlar koronavirus pandemiyası fonunda öz evlərinə qayıda bilmələri üçün Qazaxıstan ərazisindən dəhliz açılmasını tələb edir.

Həmin şəxslər Rusiyanın müxtəlif şəhərlərindən Orenburq və Saratov vilayətlərində sərhəd-keçid məntəqələrinə gəlib.

Özbəkistan XİN bildirib ki, bununla əlaqədar bu günədək 1 500-dən çox özbəkistanlının avtobuslarla qayıdışı təmin olunub. Yeni reyslərin təşkil edilməsi planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.