Dünya

Türkiyə Afrikaya tibbi yardım göndərdi

4 İyun 2020 15:59
Baxış: 650
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

COVİD-19 epidemiyasından zərər çəkən Afrika ölkələrindən biri olan Nigerə tibbi yardım aparan hərbi təyyarə Ankaradan havaya qalxıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Türkiyənin yeni növ koronavirus (COVİD-19) epidemiyasından zərər çəkən ölkələrə tibbi ləvazimat yardımları davam edir.

Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Türkiyə COVİD-19-la mübarizəyə dəstək məqsədilə Nigerə maska, qoruyucu kombinezon və eynək göndərib.

Səhiyyə Nazirliyi tərəfindən hazırlanan ləvazimatlar "Etimesgut" hərbi aerodromunda Türkiyə Silahlı Qüvvələrinə məxsus A-400M tipli nəhəng təyyarəyə yüklənib.

Nigerə yola düşmək üçün havaya qalxan təyyarənin apardığı yüklərin üzərində Mövlanənin türkcə və fransızca "Ümidsizliyin ardında necə ümidlər var, qaranlığın ardında necə günəşlər var" sözləri yazılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.