Dünya

Türkiyə və Rusiya COVİD-19-a qarşı vaksinin hazırlanması üzərində birgə işləyəcəklər

2 İyun 2020 23:07
Baxış: 994
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyə və Rusiya ye növ koronavirusa (COVİD-19) qarşı vaksinin hazırlanması üzərində birgə işləyəcəklər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində yazıb.

Nazir bildirib: "Mənim Rusiyanın səhiyyə naziri, həmkarım Mixail Muraşko ilə telefon danışığım oldu. M.Muraşko qeyd etdi ki, onlar bizim COVİD-19-a qarşı tətbiq etdiyimiz müalicənin uğurlu olduğunu görürlər".

F.Qoza əlavə edib ki, telefon danışığı zamanı onlar iki ölkənin nazirliklərinə bağlı müəssisələrin koronavirusa qarşı dərman və vaksinin hazırlanması üzərinə birgə işləmələri barədə qərar qəbul ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.