Dünya

Türkiyə İranla Qərb arasında vasitəçilik etməyə hazırdır

20 Aprel 2010 18:18
Baxış: 169
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azadlıq" radiosunun məlumatına görə, bunu İranda səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib. O, ölkəsinin İranla Qərb arasında problemin həllində vasitəçilik etməyə hazır olduğunu söyləyib. "Biz İranı beynəlxalq ictimaiyyətlə danışıqlar masası arxasına əyləşməyin vacibliyinə inandırmağa çalışa bilərik", - deyə Davudoğlu bildirib. O, hesab edir ki, Ankara Tehranı uranı üçüncü ölkə ərazisində zənginləşdirməyə razı salmaq üçün də cəhdlər göstərə bilər.

Davudoğlu ilə birlikdə mətbuat konfransında iştirak edən İranın xarici işlər naziri Manüçöhr Mottəki isə həmkarının bu fikirlərinə konkret şərh verməyib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.