Dünya

Anasını öldürüb qanıyla divara "Bu məhlənin namusu var" yazdı - FOTO

23 May 2020 13:48
0 Şərh     Baxış: 3 124
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Anasını qətlə yetirən oğul hakim qarşısına çıxarılıb.

Milli.Az haberler-ə istinadla bildirir ki, Türkiyənin Bursa şəhərində yaşayan Berke Karasu adlı şəxs anasını bıçaqlayaraq öldürdükdən sonra qanı ilə divara "Bu məhlənin namusu var" sözlərini yazıb.

Hadisədən bir müddət sonra saxlanılan B. Karasu cinayəti etiraf edib. O, ilk ifadəsində anasını namus üstündə öldürdüyünü iddia etsə də, sonradan divara o sözləri diqqət yayındırmaq üçün yazdığını etiraf edib.

Berke Karasu ifadəsində bildirib ki, anası ilə münasibətləri normal olmayıb, onun təzyiqi səbəbindən məzun ola bilməyib və əsəbləşərək onu qətlə yetirib.

İsmayıl
Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.