Dünya

Həbs olunmuş milyarder koronavirusa yoluxdu

23 May 2020 11:52
0 Şərh     Baxış: 1 215
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskvada yerləşən "Lefortovo" istintaq təcridxanasında saxlanılan səs-küylü cinayət işinin bir neçə iştirakçısının koronavirus testləri müsbət nəticə verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, koronavirusa yoluxanların arasında "Summa" şirkətlər qrupunun təsisçisi Ziyavudin Maqomedov, sahibkarlar Andrey Kaminov və Dmitri Mixalçenko da olub.

Z.Maqomedovun koronavirusa yoluxmasını vəkili təsdiq edib. A.Kaminov Z.Maqomedov ilə eyni kamerada saxlanılıb.

A.Kaminov və D.Mixalçenko ölkə prezidenti Vladimir Putinin "Novo-Oqarevo"dakı iqamətgahının yenidən qurulması zamanı mənimsəmədə ittiham olunurlar. Z.Maqomedov və böyük qardaşı Maqomed Maqomedov 2018-ci ilin mart ayında cinayətkar dəstə təşkil etmək ittihamı ilə həbs ediliblər. Onlar həmçinin, dövlət müqavilələrinin bağlanılması və icrası zamanı doqquz fırıldaqçılıq faktı ilə də ittiham olunurlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.