Dünya

Avropa Komissiyası koronavirusla mübarizə layihələrinə 117 milyon avro ayırıb

12 May 2020 18:44
0 Şərh     Baxış: 489

Avropa Komissiyası koronavirus pandemiyası ilə mübarizə üzrə 8 iri layihənin maliyyələşdirilməsinə 117 milyon avro vəsait ayırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Avropa Komissiyasının rəsmi nümayəndəsi Erik Mamer deyib.

Qeyd olunur ki, həmin layələrdən beşi yeni diaqnostika imkanlarının hazırlanmasına, üçü isə müalicə üsullarının tədqiqinə həsr olunub. Layihə çərçivəsində ev şəraitində, maksimum 40 dəqiqə ərzində yüksək dəqiqliklə diaqnoz qoya bilən testlərin hazırlanması nəzərdə tutulur.

Bu layihələrdə ümumilikdə 94 təşkilat, o cümlədən universitetlər, özəl və dövlət tədqiqat strukturları, əczaçılıq şirkətləri iştirak edir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.