Belçika, Lüksemburq və İtaliyada Avropa İttifaqı institutlarının əməkdaşları mayın 25-dək məsafədən işi davam etdirəcək.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Avropa Komissiyasının nümayəndəsi deyib.
O bildirib ki, həmin ölkələrdəki vəziyyət nəzərə alınaraq mövcud tədbirlərin, o cümlədən məsafədən işləmək mayın 25-dək uzadılacaq.
Komissiya rəsmisi, əlavə edib ki, bu günədək Avropa Komissiyasının 61 əməkdaşı koronavirusa yoluxub.
Milli.Az