Avropa İttifaqı institutlarında məsafədən iş mayın 25-dək uzadılıb

7 May 2020 19:48

Belçika, Lüksemburq və İtaliyada Avropa İttifaqı institutlarının əməkdaşları mayın 25-dək məsafədən işi davam etdirəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Avropa Komissiyasının nümayəndəsi deyib.

O bildirib ki, həmin ölkələrdəki vəziyyət nəzərə alınaraq mövcud tədbirlərin, o cümlədən məsafədən işləmək mayın 25-dək uzadılacaq.

Komissiya rəsmisi, əlavə edib ki, bu günədək Avropa Komissiyasının 61 əməkdaşı koronavirusa yoluxub.

Milli.Az