Azərbaycan fərqli yol seçib - Kamaləddin Qafarov
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri mühüm siyasi əhəmiyyət daşıyır.
Bu fikir Milli Məclisin deputatı Kamaləddin Qafarovun mətbuata açıqlamasında yer alıb.
Onun fikrincə, xarici diplomatların bölgədəki reallıqları yerində görməsi baxımından əlamətdar olan bu səfərin Ermənistan cəmiyyətinin müəyyən dairələrində qıcıq yaratması isə təsadüfi deyil.
"Qarabağ Azərbaycanın suveren ərazisidir və xarici diplomatların ölkənin istənilən bölgəsinə səfər etməsi təbiidir. Buna görə həmin səfəri hədəfə alan, diplomatları təzyiq və linç ritorikası ilə qarşılayan kampaniya Ermənistanın Azərbaycanın suverenliyinə münasibətdə hələ də problem yaşadığını göstərir. Belə yanaşma Azərbaycanın daxili işlərinə açıq müdaxilə cəhdidir".
Millət vəkili diplomatların gördükləri mənzərənin Ermənistanın illərlə formalaşdırdığı saxta təsəvvürlərin tam əksi olduğunu qeyd edib:
"Şuşada, Xankəndidə və digər ərazilərdə aparılan bərpa-quruculuq işləri, Zəfər Parkı ilə tanışlıq bölgənin bu gün necə dəyişdiyini göstərib. Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərinin taleyi bu baxımdan xüsusilə diqqətçəkəndir.
Gəncəsər və Xudavəng monastırlarına baxış isə Ermənistanda ayrıca narazılıq yaradıb. Azərbaycan ərazisindəki tarixi irsin siyasi iddialarla mənimsənilməsi mümkün deyil. Qafqaz Albaniyasının Azərbaycan torpaqlarında mövcudluğu tarix elminə məlumdur. Bu irsin inkar edilməsi tarixə rasist yanaşmadır. Daha paradoksal olan Ermənistanın öz ərazisində Azərbaycan xalqının tarixi-mədəni izlərini inkar etməsidir. Qərbi Azərbaycanda məscidlərin, qəbiristanlıqların və digər abidələrin dağıdılması faktları fonunda Qarabağdakı ayrı-ayrı abidələr üzərində müstəsna iddia irəli sürülməsi açıq ikili standartdır. Tarixi irsin qorunmasının yolu onu siyasi məqsədlərlə saxtalaşdırmaq deyil, obyektiv araşdırmaqdır. Baş verənlər Ermənistanın sülh gündəliyinə yanaşmasını da sual altına alır. Hakimiyyətə yaxın resurslarda yayılan kampaniya və parlament rəhbərinin qəbuledilməz açıqlamaları revanşist ritorikanın gücləndirildiyini göstərir.
Sülh haqqında danışarkən Azərbaycanın suveren ərazisinə beynəlxalq səfəri hədəfə almaq ziddiyyətli mövqedir. Azərbaycan isə fərqli yol seçib. Qarabağ və Şərqi Zəngəzurda quruculuq işləri davam edir, xarici nümayəndələr bölgəyə dəvət olunur və reallıqları yerində görmələrinə şərait yaradılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mahiyyəti həqiqəti gizlətmək deyil, onu beynəlxalq ictimaiyyətə göstərməkdir. Ermənistanın revanşist dairələrini narahat edən də budur: Qarabağın bugünkü gerçəklikləri Azərbaycanın suverenliyini və tarixi həqiqəti təsdiqləyir".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
"Kurtlar Vadisi” ilə bağlı araşdırma başlandı
-
Demet Özdemir görünüşünü dəyişdirdi - (Foto)
-
Azərbaycan fərqli yol seçib - Kamaləddin Qafarov
-
Azərbaycanda abort sayı doğuş sayına çatdı
-
Bakıda Formula 1 yarışı bu tarixdə keçiriləcək - Rəsmi
-
Azərbaycanda minlərlə abonentə təsir edəcək dəyişiklik - internet tarifləri artırılır
XƏBƏR LENTİ
-
"Kurtlar Vadisi” ilə bağlı araşdırma başlandı
-
Demet Özdemir görünüşünü dəyişdirdi - (Foto)
-
Azərbaycan fərqli yol seçib - Kamaləddin Qafarov
-
Ter Şteqen barədə qərar verildi
-
Ermənistan rəhbərliyi anlamalıdır ki, siyasi oyunlar artıq keçərli olmayacaq - Sahil Kərimli
-
Azərbaycanda abort sayı doğuş sayına çatdı
-
Dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim edildi
-
Bakıda Formula 1 yarışı bu tarixdə keçiriləcək - Rəsmi
-
Azərbaycanda minlərlə abonentə təsir edəcək dəyişiklik - internet tarifləri artırılır
-
Trampın 7 milyard dollarlıq sərvətinin sirri - Pulları haradan gəlir?
-
Paşinyan mükafat almaq üçün Almaniyaya gedir
-
Sentyabrın 17-də hava belə olacaq - Proqnoz
-
Veteranlara şad xəbər - 400 manat...
-
Hakimlər Komitəsinin sədrindən etiraf: Penalti səhv imiş
-
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - (Foto)
-
Türkiyədə dönər və qiymə ilə bağlı yeni qaydalar qüvvəyə mindi
-
General-mayor Anton Qrunis öldü
-
Mbappe PSJ-yə pul ödəməli olacaq
-
Qara Qarayev tıxacda qalan uşaqla selfi çəkdi - (Video)
-
Auditorlar Palatasının bir qrup üzvü və əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb
-
Mertsin ABŞ səfəri ləğv edildi
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Tıxaca görə dərsə gecikən tələbələrə güzəşt olacaq?





