Dünya

Koronavirusdan daha dəhşətli böhran gəlir...

10 Aprel 2020 08:19
0 Şərh     Baxış: 6 313
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Valyuta Fondu koronavirus pandemiyasının dünyada 2008-ci il böhranından daha böyük iqtisadi böhrana səbəb olacağını proqnozlaşdırır.

Milli.Az xəbər verir ki, bu böhranın ciddi təsir göstərəcəyi ilk ölkələrdən birinin Rusiya olacağı deylir.

Lakin artıq Fransanı da qara günlərin gözlədiyi haqda danışırlar. Fransanın Mərkəzi Bankının açıqlamasında bildirilir ki, koronavirus pandemiyasına görə növbəti rübdə ötən rüblə müqayisədə 6 faiz geriləmə gözlənilir. Bu, II Dünya Müharibəsindən sonra ilk dəfə qeydə alınan göstəricidir. 1968-ci ildə 5,3 faizlik geriləmə qeydə alınmışdı. Bu il həmin rekord yenilənəcək. İllik iqtisadi geriləmənin isə 1,5 faiz olacağı proqnozlaşdırılır.

Mütəxəssislər pandemiyanın səbəb olacağı iqtisadi böhranın bütün dünyanı təsiri altına alacağını hesab edirlər. Böyük qıtlığın olacağı haqda da iddialar səsləndirilir. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.