Dünya

Cənubi Koreya qısamüddətli viza rejimini ləğv etdi

9 Aprel 2020 19:14
0 Şərh     Baxış: 694
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Koreya koronavirus pandemiyası ilə əlaqədar 90 ölkə ilə vizasız gediş-gəliş rejimini məhdudlaşdıracaq və bütün ölkələr üçün qısamüddətli viza rejimini ləğv edəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Koreya Respublikasının Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qərar xaricdən ölkəyə daxil olan insanların digərlərini daha çox yoluxdurması faktı ilə əlaqədardır.

Bundan əlavə, xaricdən ölkəyə daxil olan şəxslərin 14 günlük karantində saxlanılması əlavə maddi vəsait tələb edir.

Qeyd edək ki, Cənubi Koreyada 10 423 şəxsin COVID-19-a yoluxduğu aşkar edilib, 204 nəfər pandemiyanın qurbanı olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.