Dünya

Koronavirus səbəbindən avrozonanın iqtisadiyyatı 2020-ci ildə 10 faiz azala bilər

8 Aprel 2020 23:24
0 Şərh     Baxış: 692

Avropa Komissiyası avrozona maliyyə nazirlərini (Avropa Qrupu) koronavirus pandemiyası səbəbindən bu il iqtisadiyyatın 10 faiz azala biləcəyi barədə xəbərdar edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Avropa Mərkəzi Bankının məlumatına əsasən, pandemiyanın səbəb olduğu iqtisadi böhranın dəf olunması üçün 1,5 trilyon avroya ehtiyac yarana bilər.

Qeyd edək ki, bir qədər əvvəl Avropa Qrupunun sədri Mariu Sentenu avrozonanın Maliyyə Nazirləri Şurasının gecə videokonfransının gedişində 16 saatlıq danışıqlardan sonra pandemiyanın ardından Avropa İttifaqı iqtisadiyyatının bərpasına dair 500 milyard avro həcmində planın hazırlanması barədə razılığa gələ bilmədiyini deyib. Bu mövzu üzrə növbəti videokonfrans aprelin 9-da keçiriləcək.

Bundan öncə aprelin 7-də Mariu Sentenu videomüraciətində Avropa Qrupunun koronavirus pandemiyasından sonra iqtisadiyyatın bərpası üçün tarixində ən iri - ümumi həcmi 540 milyard avroluq yardım proqramını qəbul edəcəyini elan etmişdi. Həmin proqram Avropa İttifaqının müxtəlif institutları tərəfindən iqtisadiyyatın müxtəlif sektorlarına əvvəllər təklif olunan tədbirləri və sxemləri birləşdirməlidir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.