Dünya

Koronavirusa qarşı 2-ci peyvənd klinik sınaqlardan keçəcək

7 Aprel 2020 07:45
0 Şərh     Baxış: 2 231
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ federal orqanları yeni növ koronavirusa qarşı ikinci peyvəndin klinik sınaqlarına icazə verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ağ Evdə jurnalistlər üçün keçirdiyi brifinqdə Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp bildirib.

D.Tramp deyib: "Bu gün ikinci şirkət elan edib ki, [ABŞ Səhiyyə və Sosial Xidmət Nazirliyi yanında] Qida və Dərman kəfiyyəti məsələləri üzrə İdarəsi [yeni koronavirusa] qarşı peyvəndin klinik sınaqlarına icazə verib".

Bununla birlikdə, D.Tramp xatırladıb ki, əvvəllər bənzər peyvəndin sınaqdan keçirilməsinə icazə Johnson & Johnson şirkəti tərəfindən alınmışdı.

Bundan əlavə, Tramp yeni koronavirusun səbəb olduğu xəstəliyin müalicəsi üçün 10 "müalicəvi vasitə"sinin hazırda ABŞ-da sınaqdan keçirildiyini qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.