Dünya

İranda daha 136 nəfər koronavirusdan ölüb

6 Aprel 2020 16:07
0 Şərh     Baxış: 819
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda ötən 24 saat ərzində yeni koronavirus (COVID19) nəticəsində 136 nəfər ölüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, beləliklə İranda bu virusdan ölənlərin sayı 3 739 nəfərə yüksəlib.

Cahanpur deyib ki, ötən sutkada daha 2 274 nəfər koronavirusa yoluxub. Ümumilikdə İranda bu virusa yoluxanların sayı 60 500 nəfərə yüksəlib.

Nazirlik rəsmisi əlavə edib ki, 4 083 nəfərin vəziyyəti ağır və kirtikdir.

Cahanpur indiyədək 24 236 nəfərin sağalaraq evə buraxıldığını deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.