Dünya

Bu ölkədə 130 polis əməkdaşı karantinə alındı

5 Aprel 2020 14:23
0 Şərh     Baxış: 929

Çinin Honkonq xüsusi inzibati bölgəsində çevik polis dəstəsinin 130 əməkdaşı yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar karantinə cəlb olunub.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, inzibati bölgənin Qərbi Koulun rayonunun polis idarəsi həmin bölmədən olan 2 polisin COVİD-19-a yoluxması təsdiqlənəndən sonra belə bir qərarın qəbul olunduğunu açıqlayıb.

Bundan başqa, naryaddan uzaqlaşdırılan həmin çevik polis bölməsinin bütün əməkdaşlarının COVİD-19 testindən keçməsi əmr olunub.

Qeyd edək ki, son məlumata əsasən, Honkonqda koronavirusa yoluxanların sayı 862 nəfərə çatıb. Ölənlərin sayı isə 4-dür.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.