Makron xalqa çağırış edib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fransa Prezidenti Emmanuel Makron Müluz şəhərindəki səyyar hərbi xəstəxanadan çıxış edərək, tibb işçilərinin pul mükafatı ilə təltif olunacaqlarını, eləcə də əlavə iş saatlarının ödəniləcəyini bildirib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, COVID-19-a ən çox məruz qalmış Müluz şəhərində yaradılmış səyyar hərbi xəstəxanaya baş çəkən Fransa Prezidenti sanitar böhrandan sonra xəstəxanalara kütləvi investisiya yatırılacağını və onların büdcələrinin artırılacağını vəd edib.
Prezident Makron COVID-19 ilə mübarizədə ön cəbhədə "vuruşan" tibbi heyətə, eləcə də 2-ci (tədarükçülərə, ərzaq mağazalarında olan kassirlərə...) və 3-cü cəbhələrdə (evdən distant işləyənlərə) çalışan insanlara verdikləri dəstəyə görə təşəkkürünü bildirib.
Prezident bu görünməz düşmənə qarşı "müharibə"yə, eləcə də ölkəni parçalamaq istəyənlərə qarşı mübarizə aparmaq üçün xalqı birliyə çağırıb. Artıq özünü göstərməyə başlayan və yaxınlaşmaqda olan epidemiyanın pik dövründə əhaliyə yardım etmək üçün hərbi qüvvələrin səfərbər olunacağı "Résilience" (uzun müddət müqavimət göstərəcək) adlanan hərbi əməliyyatların başlanacağını diqqətə çatdırıb. Bildirib ki, indiki çətin vəziyyətdə yalnız bir ideya olmalıdır: birgə olmaq. Yalnız birlik sayəsində ölkə görünməz düşmənlə mübarizədə qalib çıxacaq.
Qeyd edək ki, Fransada Nazirlər Şurası 1958-ci ildən bəri ölkədə heç vaxt görünməmiş 25 sərəncam imzalayıb. Bu sərəncamlarda nəzərdə tutulan tədbirlər yalnız sanitar böhran müddətində tətbiq ediləcək.
Baş Nazir Eduard Filip bildirib ki, getdikcə daha böyük iqtisadi və sosial sarsıntılar olacaq. Çünki ölkə hələ böhranın başlanğıcındadır.
Xatırladaq ki, COVID-19 ilə bağlı yaradılmış elmi şura karantin vəziyyətinin ən azı 6 həftə davam edəcəyini vurğulayıb. Vəziyyətdən asılı olaraq, bu müddətin uzadılması ehtimalı da var.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Sinqapur kitab oxuyanlara pul verəcək
-
Süni intellektlə hazırlanan dərman qocalmanı ləngitdi
-
Yatanda işığı açıq saxlamaq ürəyə ziyandır
-
Bu aylarda doğulanların taleyi dəyişəcək
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb





