Uxanda ictimai nəqliyyatın hərəkəti qismən bərpa olunub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yeni növ koronavirusun (COVID-19) yayılmağa başladığı Çinin Xubey vilayətinin inzibati mərkəzi olan Uxan şəhərində 9 həftəlik fasilədən sonra ictimai nəqliyyatın hərəkəti qismən bərpa olunub.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, koronavirusun sürətlə yayılmağa başladığı dövrdə - yanvarın 24-də Uxan şəhərində ən yuxarı səviyyədə fövqəladə hazırlıq vəziyyətinin elan olunması ilə əlaqədar şəhərdə bütün növ ictimai nəqliyyatın hərəkəti dayandırılmışdı. Son günlər Çində virusa yoluxma hallarının xeyli azalması, əvvəllər yoluxmuş xəstələrin böyük hissəsinin sağalması ölkədə epidemik vəziyyəti yaxşılaşdırıb. Bunu nəzərə alan şəhər hökuməti martın 25-dən şəhərdə ictimai nəqliyyatın hərəkətinin bərpasına qərar verib. Şəhərdəki 117 avtobus marşrutu üzrə avtobusların 30 faizi xəttə buraxılıb. Hər bir avtobusa təhkim olunmuş sağlamlıq nəzarətçisi şəhər sakinlərinin COVID-19 xəstəsi olub-olmamasına dair məlumatların toplandığı xüsusi mobil tətbiqdə sərnişinlərin QR kodunu yoxladıqdan sonra onları avtobusa minməyə icazə verir. Mobil tətbiqdə haqqında məlumat olmayan şəxslər evlər idarəsindən sağlamlıq vəziyyətinə dair arayış təqdim etməlidirlər. Sürücülər və sağlamlıq nəzarətçilərinin özlərinin hər gün tibbi müayinəsi aparılacaq, nəqliyyat vasitələri dezinfeksiya ediləcək. Sərnişinlərin, habelə sürücü və nəzarətçilərin maska taxması məcburidir.
Martın 28-dən etibarən Uxanda metro qatarlarının hərəkəti bərpa olunacaq. Həmin gün 6 metro xətti üzrə qatarlar sərnişin daşınmasına başlayacaq. Metro sərnişinlərinin sağlamlıq vəziyyəti avtobuslarda olduğu kimi yoxlanılacaq.
Qeyd edək ki, martın 25-dən başlayaraq Uxan şəhəri istisna olmaqla Xubey vilayətindən kənara və əks istiqamətdə nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb. Uxan şəhərindən kənara və əks istiqamətdə nəqliyyatın hərəkətinin isə aprelin 8-də açılması nəzərdə tutulub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Kirayədə yaşadığı evdən oğurluq etdi
-
Azərbaycanda bu məhsullar bahalaşdı
-
Bu heyvanları saxlayanlara 1000 manat veriləcək
-
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdi
-
Azıx mağarasından silah anbarı kimi istifadə edilib
-
Bakıda sürücünün diqqətsizliyi az qala faciəyə səbəb olurdu - (Video)
-
Sahibsiz heyvanlar üçün sığınacaqlar tikiləcək
-
Tramp yatmaqdan imtina edir
-
Röyanın keçmiş əri atasının azadlığa çıxmasından danışdı: "Məni görəndə..."
-
Paşinyan Makronla görüşüb
-
Bu ölkədə hər il 20 minə yaxın insan intihar edir
-
Azərbaycanlı qadına ABŞ-də yüksək vəzifə verildi
-
Ölmüş heyvanlarla bağlı yeni qayda
-
Bakıda tıxacda qalan taksi sürücüsü görün nə etdi - (Video)
-
Şükürbəyli kəndində daha 25 ailəyə evlərinin açarları təqdim olunub - (Yenilənib)
-
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını Roş ha-Şana münasibətilə təbrik edib
-
Qolları olmayan körpənin taleyi necə oldu? - Rəsmi açıqlama
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Azərbaycanla UN-Habitat arasında imzalanan Töhfə Sazişi təsdiq edilib
-
İlham Mirzəyev evə buraxıldı
-
3 gün, 3 gecə davam edən toy: Özbək gəlin 4 milyonluq qızıllarla yoxa çıxdı - (Video)
-
Minaya düşərək həlak olan Raqifə şəhid statusu verilib
-
Ağdamda minatəmizləyən azərbaycanlı xanım gürcü turistin diqqətini çəkdi - (Video)
-
Kəmalə Qaramollayevanın Sahib İbrahimovla rəqsi gündəm oldu - (Video)





