Dünya

Bu ölkədə idarə, təşkilat və müəssisələrdə iş dayandırıldı

23 Mart 2020 12:54
0 Şərh     Baxış: 1 995
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Martın 23-dən etibarən Özbəkistanın paytaxtı Daşkənddə mülkiyyət formasından asılı olmayaraq, bütün idarə, təşkilat və müəssisələrdə iş dayandırılıb, qurumlar öz işçilərini qanunvericiliklə müəyyən edilmiş qaydada əmək məzuniyyətinə göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bəzi əməkdaşlar onlayn və distant formada fəaliyyət göstərəcəklər.

Bundan başqa, yaşı 65-dən yuxarı olanlara və xroniki xəstəliklərdən əziyyət çəkənlərə ehtiyac yaranmadıqda evdən çıxmaq məsləhət görülmür. Evdən çıxanlar isə mütləq qaydada maskalardan istifadə etməlidirlər.

Son məlumata görə, Özbəkistanda koronavirusa tutulanların sayı 45 nəfərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.