Dünya

İstirahətdə olan qadın hovuzdan zorla çıxarılıb, qandallandı - Koronavirusa görə - VİDEO - FOTO

18 Mart 2020 12:45
1 Şərh     Baxış: 6 996
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyada istirahətdə olan qadın sosial izolyasiya qaydalarına əməl etmədiyinə görə saxlanılıb.

Milli.Az Dailymail-ə istinadla xəbər verir ki, İspaniyanın Tenerife adasındakı "Paradise Park Hotel"də dincələn  qadın sosial izolyasiya qaydalarını pozduğuna görə tutulub.

Belə ki, qaydaları pozaraq hovuza girən qadın polis tərəfindən saxlanılıb. Onun kimliyi müəyyənləşdirilib. Adı James O'Neill olan qadının britaniyalı olduğu aşkarlanıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə qadının hovuzdan zorla çıxarılıb, qandallanması əks olunub.

Qeyd edək ki, İspaniyada 11826 nəfər koronavirusa yoluxub. Onlardan 533 nəfəri xəstəlikdən dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni tip koronavirusu pandemiya elan edib. Ən son statistikaya görə, koronavirusa dünya üzrə 198737 nəfər yoluxub. 7989 nəfər bu virusdan ölüb, 82779 nəfər isə sağalıb. Ən çox ölüm halları Çin, Cənubi Koreya, İtaliya, İspaniya və İranda baş verir.

Bəxtiyar Umarlı
Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.