Dünya

Latviya səfirliyi viza müraciətlərinin qəbulunu dayandırdı

17 Mart 2020 14:56
0 Şərh     Baxış: 774
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Latviyanın Azərbaycandakı səfirliyi viza müraciətlərinin qəbulunun dayandırıldığını bildirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə səfirlik "Facebook" səhifəsində məlumat yayıb.

"COVID 19-un yayılması ilə əlaqədar, Latviya hökuməti aprelin 14-ə qədər ölkədə fövqəladə vəziyyət elan edib. Latviyaya edilən bütün uçuşlar, qatar və avtobus xidmətləri ləğv edilib. Bu səbəbdən aprelin 14-dən əvvəl tarixlərə Latviyaya giriş üçün Şengen viza müraciətləri Bakıdakı Latviya səfirliyinin viza xidmətini təmsil edən VFS Global-da qəbul edilməyəcək. Səfirlik martın 29-dək bağlı olacaq. Hər hansı bir sualınız olarsa, [email protected] elektron poçt ünvanına göndərin", - deyə səfirliyin paylaşımında qeyd edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.