Dünya

Ukrayna sərhədləri bağladı - Koronavirus

13 Mart 2020 19:04
2 Şərh     Baxış: 1 090
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası koronavirus təhlükəsiz ilə əlaqədar bütün əcnəbi vətəndaşlar üçün sərhədləri bağlamaq qərarına gəlib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qərar martın 15-dən etibarən qüvvəyə minəcək.

Qərara əsasən, sərhədlər iki həftə müddətində bağlı qalacaq.

Hazırda Ukraynada karantin elan olunub. Martın 12-dən aprelin 3-dək tədris müəssisələri bağlanıb, bəzi ölkələrlə aviareyslər ləğv edilib, kütləvi tədbirlər qadağan edilib.

Əlavə edək ki, bu günədək Ukraynada koronavirusa 1 yoluxma faktı təsdiq edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.