Dünya

23 il həbs cəzası alan prodüser xəstəxanaya yerləşdirildi

13 Mart 2020 10:34
0 Şərh     Baxış: 985
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ötən gün təcavüz və cinsi zorakılıqda təqsirləndirilərək 23 il müddətində azadlıqdan məhrum edilən məşhur Hollivud prodüseri Harvi Vaynşteyn ürəyindəki ağrılara görə xəstəxanaya yerləşdirilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə prodüserin rəsmi nümayəndəsi məlumat verib.

Sinəsində ağrılar olan Harvi Nyu-Yorkdakı xəstəxanaların birinə aparılıb.

Qeyd edək ki, Harvinin ünvanına ilk ittihamlar 2017-ci ilin sonunda irəli sürülüb. Son 30 il ərzində onun 80-dən çox xanıma təcavüz etdiyi deyilir.

Onlar arasında Ancelina Coli, Qvinet Peltrou, Salma Hayek kimi məşhur aktrisalar da var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.