Dünya

Misirin Turizm naziri qədim abidələrin turistlərin ziyarətinə bağlanması xəbərlərini təkzib edib

13 Mart 2020 07:48
0 Şərh     Baxış: 1 150
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Misirin Turizm naziri Xalid əl-Anani koronavirusun yayılması ilə əlaqədar qədim abidələrin turistlərin ziyarətinə bağlandığı xəbərlərini təkzib edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, nazir keçirdiyi mətbuat konfransında əcnəbi və yerli turistlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ölkənin bütün tarixi məkanlarında profilaktik tədbirlərin görüldüyünü diqqətə çatdırıb. "Koronavirus bütün dünyaya öz təsirini göstərib, Misir də ondan zərər görən ölkələrdən biridir. Lakin turistlərin xəstəlikdən qorunması üçün zəruri tədbirlər görülüb", -deyə nazir vurğulayıb.

Misirin Baş Naziri Mustafa Madbuli də hökumət üzvlərinin iştirakı ilə keçirilən iclasda ölkənin bütün aeroportları və dəniz limanlarında güclü nəzarət tədbirlərinin keçirilməsi üzrə plan hazırlandığını bildirib. Səhiyyə Nazirliyi koronavirusla bağlı qaynar xətt yaradıb və xəstəlikdən şübhələnən vətəndaşları, habelə turistləri müayinədən keçməyə çağırıb. Abbasiyə və Giza xəstəxanalarında xüsusi palatalarda hər gün virusla əlaqədar müayinələr aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.