Dünya

Gürcüstanın Futbol Federasiyası ölkə çempionatını təxirə saldı

11 Mart 2020 18:06
0 Şərh     Baxış: 560
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstan Futbol Federasiyasının (GFF) rəhbərliyi ölkə çempionatının bütün mərhələlərini aprelin 1-nə qədər dayandırmaq barədə qərar qəbul edib.

Milli.Az Day.Az-a istinadən bildirir ki, qərar GFF-in rəsmi saytında yerləşdirilib.

Federasiya yaydığı məlumatda belə bir addımın koronavirus təhlükəsi səbəbilə atıldığını açıqlayıb.  

Son məlumata görə, Gürcüstanda 23 koronavirusa yoluxma faktı təsdiqini tapıb, 126 nəfər karantində, daha 46 nəfər isə stasionar tibb müəssisələrində həkim nəzarəti altındadır.

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 90-dan çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 110 mini, ölənlərin sayı isə 3 mini keçib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.