Dünya

İstanbulda inşası davam edən yeni metro xəttinin tikintisində planlama xətası aşkarlanıb

11 Mart 2020 21:45
0 Şərh     Baxış: 1 397
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstanbulda inşası davam edən şəhər mərkəzi ilə İstanbul hava limanını birləşdirəcək metro xəttinin tikintisində planlama xətası aşkarlanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, xəta səbəbindən yeni metro xəttinin aeroportun alt hissəsində inşa ediləcək "Hava limanı" stansiyası nəzərdə tutulan yerdən 300 metr aralıqda olacaq.

Hava limanından bu barədə verilən məlumata əsasən, aeroportla metro stansiyası arasındaki 300 metrlik məsafədə xüsusi elektron avtomobillərin fəaliyyəti nəzərdə tutulur.

Qeyd edək ki, Qayrettepe-İstanbul hava limanı metro xətti Türkiyənin ilk sürətli metrosu olacaq. 120 kilometrlik bu xətt vasitəsilə şəhər mərkəzindən İstanbul hava limanına 35 dəqiqəyə getmək mümkün olacaq.

Xəttin tikintisinin 2021-ci ilin yay aylarında başa çatdırılması planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.