Dünya

"Nissan" virusun episentrindəki zavodun fəaliyyətini bərpa edir

11 Mart 2020 13:25
0 Şərh     Baxış: 1 215
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiyanın "Nissan Motor" avtomobil şirkəti koronavirusun episentri Çinin Hubey əyalətindəki zavodun fəaliyyətini bir həftə ərzində bərpa edəcəyini açıqlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, şirkət bu addımı fevralın 24-də atmağı planlaşdırsa da, tətil müddətini bölgə rəhbərliyinin tələbi ilə uzatmalı olub.

Bir müddət əvvəl "Nissan" Çindəki digər müəssisələrin fəaliyyətini bərpa etmişdi.

Qeyd edək ki, fevral ayında "Nissan"ın Çindəki satışları ötən ilin fevralı ilə müqayisədə 80 faiz azalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.