Dünya

Avstraliya hökuməti yeni koronavirusla mübarizəyə 2,4 milyard dollar ayırıb

11 Mart 2020 22:15
0 Şərh     Baxış: 818
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avstraliya hökuməti yeni koronavirusla mübarizəyə 2,4 milyard dollar (təqribən 1,56 milyard ABŞ dolları) yönəldəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Avstraliyanın Baş Naziri Skott Morrison bəyan edib. "Avstraliyalıların sağlamlığını və rifahını qorumaq məqsədilə müəyyən edilmiş proqramların həyata keçirilməsi üçün bu gün biz 2,4 milyard dollar vəsait ayırdıq", - deyə Baş Nazir bildirib.

S.Morrison qeyd edib ki, həmin vəsaitin 1,2 milyard dolları (780 milyon ABŞ dollar) cari maliyyə ilində yeni koronavirusa qarşı mübarizə tədbirlərinə sərf olunacaq.

Baş Nazir, həmçinin bildirib ki, martın 11-dən başlayaraq Avstraliya İtaliyadan ölkəyə girişi dayandırır. Bununla yanaşı, İtaliyadan geri dönən Avstraliya vətəndaşları cəmiyyətdən təcrid ediləcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.