Dünya

Moldovada kütləvi tədbirlər qadağan edildi

10 Mart 2020 16:49
0 Şərh     Baxış: 820
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Moldovada koronavirus təhlükəsi ilə əlaqədar kütləvi tədbirlərin keçirilməsi qadağan edilib".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə naziri Viorika Dumbrevyanu deyib.

O bildirib ki, mədəni, sosial, eləcə də idman tədbirləri ləğv edilib.

Bundan başqa, nazirin sözlərinə görə, Pasxa ərəfəsində dini mərasimlərin keçirilməsi məsələsi də kilsə nümayəndələri ilə müzakirə olunur.

Səhiyyə naziri əlavə edib ki, məktəblərdə dərslərin dayandırılması hələlik planlaşdırılmır.

Qeyd edək ki, bu günədək Moldovada bir yoluxma faktı qeydə alınıb, 10 nəfər isə koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.