Dünya

Fransada koronavirus xəstələrinin sayı 1412 nəfərə çatıb

10 Mart 2020 09:00
0 Şərh     Baxış: 1 832
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransada koronavirusdan xəstələnənlərin sayı 1412 nəfər təşkil edib, 25 nəfər xəstəliyin qurbanı olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ölkənin ümumi sağlamlıq müdirliyinin rəhbəri Jerom Salomon deyib.

Ölənlər arasında 15 kişi və 10 qadın var. Ölənlərin əksəriyyəti - 21 nəfər - 70 yaşdan yuxarı olan insanlardır.

Daha əvvəl Fransada virusa 1191 nəfər yoluxduğu, qurbanların sayının 21 olduğu bildirilmişdi.

Xəstəliyin yayılması səbəbindən martın 8-də Fransa hakimiyyəti mindən çox insanın toplaşdığı tədbirləri qadağan etmək qərarına gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.