Dünya

İranda koronavirusdan 43 nәfәr ölüb

9 Mart 2020 16:54
0 Şərh     Baxış: 1 353
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İranda yeni koronavirus (COVID19) nəticəsində indiyədək ölənlərin sayı 237 nəfərə çatıb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin müdiri Kiyanuş Cahanpur deyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu haqda İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtindən bildirilib. K.Cahanpurun sözlərinə görə, ötən sutka ərzində 43 nəfər dünyasını dəyişib.

Cahanpur әlavә edib ki, ötәn sutkada 595 nәfәrin bu virusa yoluxması tәsdiqini tapıb. Cahanpur deyib ki, ümumilikdə 7 161 nəfər bu virusa yoluxub.

Nazirlik rәsmisi 2 394 nәfәrin sağaldığını deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.