Dünya

Fransada koronavirusa yoluxan deputatların sayı 2-yə çatdı

9 Mart 2020 13:15
0 Şərh     Baxış: 1 240
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa Milli Assambleyasının (Parlament) 4 deputatı və 2 əməkdaşı koronavirusa yoluxub.

Milli.Az Day.Az-a istinadən bildirir ki,bu barədə səhiyyə agentliyi məlumat yayıb.

Məlumata görə, virus ilk öncə "Respublikaçılar" partiyasının təmsilçisi Jan-Lyuj Reytserdə, daha sonra "İrəli, Respublika" partiyasının parlamentdəki təmsilçisi Elizabet Tutyu-Pikarda aşkar edilib.  

Hadisədən sonra Assambleyanın müvafiq xidməti virusun yayılmasının qarşısını almaq məqsədilə profilaktik tədbirlərə başlayıb.

Son məlumata görə, Fransada koronavirusa yoluxanlar 1126, bu virusdan ölənlərin sayı isə 19 nəfərdir.

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 80-dən çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 100 mini, ölənlərin sayı isə 3 mini keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.