Dünya

Çində 22 nəfər çökmüş mehmanxananın dağıntıları altında qalır

9 Mart 2020 10:39
1 Şərh     Baxış: 863
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xilasedicilər martın 7-də axşam saatlarında Çinin Fujian əyalətindəki çökmüş 7 mərtəbəli mehmanxananın dağıntıları altında qalan 22 nəfərin axtarışını davam etdirir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, martın 9-u səhər saatlarındakı məlumata etibarən xilasedicilər tərəfindən binanın dağıntıları altından 49 nəfərin aşkar edilməsi və çıxarılması mümkün olub, onlardan 10-u aldığı xəsarətlərdən dünyasını dəyişib. Rəsmi məlumatlarda dağıntılar altında 71 nəfərin olduğu bildirilir.

Xilasedicilər daha 22 nəfərin axtarışını davam etdirirlər. Onların xilas edilməsi əməliyyatında mindən artıq yanğınsöndürən, polis, hərbi və tibb işçisi iştirak edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.