Dünya

İtaliyada kütləvi tədbirlərin keçirilməsi məhdudlaşdırıldı

5 Mart 2020 20:39
0 Şərh     Baxış: 690
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliya Nazirlər Şurası ölkədə koronavirusun yayılması ilə əlaqədar yeni qərar qəbul edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qərara əsasən kütləvi tədbirlərin keçirilməsi qeyri-müəyyən müddətə ləğv edilir.

Bu müddət ərzində idman yarışları tamaşaçı olmadan keçiriləcək.

Kütləvi tədbirlər zamanı insanlara bir-birindən azı 1 metr məsafədə dayanmaq, görüşərkən əl sıxmamaq və qucaqlaşmamaq tövsiyə edilib.

Bundan başqa, ölkə ərazisində kino və teatr nümayişləri də təxirə salınıb.

Qeyd edək ki, İtaliyada məktəb və universitetlər də martın 15-dək bağlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.