Böyük Britaniyada koronavirusa yoluxanların sayı 85 nəfərə çatıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, xəstələrin bir neçə müddət öncə virusun yayıldığı ölkələrə səyahət etdikləri öyrənilib.
Şotlandiyada 3, Şimali İrlandiya və Uelsdə isə 1 nəfərdə koronovirus tapılıb.
Birləşmiş Krallıqda koronavirusun (Covid-19) gələcəkdə yayılmağa davam edəcəyi təqdirdə məktəblərin bağlanması, geniş miqyaslı fəaliyyətlərin azaldılması və evdən işləməyin qiymətləndirilə biləcəyi ifadə edilib.
Milli.Az