Dünya

Zorlamaya görə həbs olundu, azadlığa çıxdıqdan sonra eyni qıza təcavüz etdi

4 Mart 2020 17:26
Baxış: 2 761
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial şəbəkədə tanış olduğu 13 yaşı qızı zorladıqdan sonra həbsxanaya düşən 23 yaşlı M.K. azadlığa çıxdıqdan sonra əməlini təkrarlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Türkiyənin Zonquldak şəhərində qeydə alınıb.

Bildirilir ki, zərərçəkən A.O. bununla bağlı məhkəməyə müraciət edib. Onun sözlərinə görə M.K. azadlığa çıxdıqdan sonra ona zəng edib və bir şey vermək istədiyini deyib. Qız görüşə getdikdə isə oğlan onu meşəyə apararaq təcavüz edib. Nəticədə, qız hamilə qalıb.

Şübhəli isə ittihamları qəbul etməyərək, həbsdən çıxdıqdan sonra onunla əlaqə yaratmadığını bildirib.

"A.O. mən azadlığa çıxdıqdan sonra bir neçə dəfə qapıma gəldi. Hətta polisə şikayət etdim. Kimdən hamilə qaldı, bilmirəm", - deyib.

Təqsiri sübut olunacağı təqdirdə şübhəlini 26 ilə qədər həbs cəzası gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.